“TuranBank” əlilliyi olan şəxslərə fotoaparat avadanlıqları təqdim edib

TuranBank bu dəfə bölgələrdə fəaliyyət göstərən 3 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətlərilə təmin etmişdir. Belə ki, Lənkəran şəhərindən Şamo Nurullayevə, Qazax rayonundan Şamil Muradlı və Gəncə şəhərindən Ülfət Quliyevə özünüməşğulluq proqramına müraciətləri əsasında peşəkar fotoaparat avadanlıqları təqdim olunmuşdur.

Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən həyata keçirilir.

Related posts

Kapital Bank-dan yeni “Məktəbli sığortası”: övladlarınızın təhlükəsizliyi təmin edilir

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı