Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"TuranBank" Asiya İnkişaf Bankı ilə 8 mln dollar "revolver" kredit sazişi imzalayıb - BBN

“TuranBank” Asiya İnkişaf Bankı ilə 8 mln dollar “revolver” kredit sazişi imzalayıb

Asiya İnkişaf Bankının (ADB) “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) “TuranBank” ASC-nin Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitinin 8 milyon ABŞ dollarına qədər artırıldığını təsdiqləyib.

Bu, “TuranBank” və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının “TuranBank”ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan etimadını nümayiş etdirir.

ADB TSCFP “TuranBank” üçün ayırdığı yeni revolver kredit xətti idxal və ixrac əməliyyatlarını asanlaşdırmaqla yanaşı, xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyə resurslarına çıxışını genişləndirəcək. Ayrılmış vəsait mövcud bazar boşluqlarının aradan qaldırılmasına, milli iqtisadiyyatın gücləndirilməsi və şaxələndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək.

Bu razılaşma “TuranBank”ın nüfuzlu beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını gücləndirmək, yeni maliyyə mənbələri cəlb etmək, Azərbaycan iqtisadiyyatının əsas iqtisadi sektorlarını dəstəkləmək strategiyasını gücləndirir. Bank öz fəaliyyəti ilə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməyə, innovativ bankçılıq həllərini inkişaf etdirməyə və ölkədə davamlı iqtisadi tərəqqini təşviq etməyə sadiqdir.

ADB haqqında

ADB iqtisadi artımı təşviq edən, yoxsulluğu azaltmaq və Asiya və Sakit Okean regionunda regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən çoxtərəfli inkişaf institutudur. Bank aparıcı maliyyə institutları ilə tərəfdaşlıq edərək özəl sektorun inkişafını və maliyyə sektorunun sabitliyini dəstəkləyir.

TuranBank haqqında

1992-ci ildə təsis edilmiş “TuranBank”, geniş çeşiddə korporativ, pərakəndə və Kiçik və Orta Sahibkarlıq subyektləri üçün bank xidmətləri təqdim edən Azərbaycanın aparıcı maliyyə institutlarındandır. Bank sahibkarlığın dəstəklənməsinə, real sektorun maliyyələşdirilməsinə və beynəlxalq inkişaf fondları ilə tərəfdaşlıqların qurulmasına xüsusi önəm verir.

“TuranBank”

Bizimlə etibarlıdır …

Related posts

Son 1 ildə Azərbaycanda pul bazası 15% artıb

AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

Maliyyə savadlılığı gündəmdə – Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə ilə “Ekspert rəyi”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı