“Turanbank”da yeni təyinat olub

“Turanbank” ASC-nin Filiallarla iş Departamentinə yeni direktor təyin edilib.

Məlumata görə, bu vəzifəyə Məhəmməd Nağıyev gətirilib. Bu təyinata qədər Departamentin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Elbrus Hümbətov icra edib.

Xatırladaq ki, “Turanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır