Turbo.az saytında dəyişiklik

Azərbaycanda ən populyar avtomobil alqı-satqısı portalı olan turbo.az saytında  dəyişiklik edilib.

Sayt rəhbərliyinin dəyişməsilə əlaqədar  artıq saytda bəzi xidmətlər pulludur.

Məlumata görə, turbo.az saytında avtomobil satmaq üçün elan yerləşdirənlərdən 10 manat tələb olunur. Belə ki, maşın bir ay ərzində satılmırsa elanı saytdan silirlər. Elan təkrar yükləndikdə isə 10 manat tələb olunur. Avtomobil alqı-satqısı ilə məşğul olanlar bu dəyişiklikdən narazılıq edirlər.

Mənbə: marja.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır