Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Türk axını”ilə bağlı mərasimdə Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edir - BBN

“Türk axını”ilə bağlı mərasimdə Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edir

Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin açılış mərasimində iştirak məqsədilə Türkiyəyə səfər edib. Bu gün İstanbulda keçirilən mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq.

“Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Turk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi – Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd.m3-dir.

Related posts

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

BMT rəsmisi: “Azərbaycanda sosial-iqtisadi artım üçün sıx əməkdaşlıq edirik”

Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 30 faizdən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı