“Türk Dövlətləri İqtisadiyyatı” kitabının Qazaxıstanda təqdimatı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birlikdə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabının Qazaxıstanın İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar İnstitutunda (İAİ) təqdimatı keçirilib.

Kitabı İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifələrini icra edən Ayhan Satıcı təqdim edib. O, kitab barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin, “Türk Dövlətləri İqtisadiyyatı” kitabının hazırlanmasının “Türk dünyası – 2040 vizyonu”nda qeyd edilən əməkdaşlıq sahələri ilə üst-üstə düşdüyünü deyib.

İAİ-nin direktor müavini Adil Kusmanov belə bir kitabın ərsəyə gəlməsinin türk dünyasının beyin mərkəzlərinin birgə əməkdaşlığının bariz nümunəsi olduğunu bildirib və gələcəkdə də yeni layihələrdə birgə araşdırmalar aparılmasının vacibliyini vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının (BTA) vitse-prezidenti Prof.Dr. Erhan Türbedar kitabda araşdırmaların “Qravitasiya modeli” əsasında aparılmasının bir üstünlük olduğunu və bu modelin tətbiqi nəticəsində əldə edilən geoiqtisadi nəticələrin türk dünyasının düzgün istiqamətində inkişaf etdiyini göstərdiyini bildirib.

Related posts

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

İqlim sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanıb

Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı