Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türk Dünyası Sığorta Birliyi yaradıldı - BBN

Türk Dünyası Sığorta Birliyi yaradıldı

24 may 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş Beynəlxalq Sığorta Sammitinin zirvə toplantısında təntənəli imzalanma mərasimi ilə türkdilli ölkələrin sığortaçılar birliklərindən ibarət Türk Dünyası Sığorta Birliyi yaradılıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, Türk Dünyası Sığorta Birliyinə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın sığortaçılar assosiasiyaları üzvdür.

Məlumatda qeyd olunur ki, dünyada ilk dəfə yaradılan belə bir Birliyin başlıca məqsədi Birliyə üzv olan türkdilli ölkələrin sığorta sektorlarının inkişafında güclərin və imkanların birləşdirilməsi, üzv ölkələrin sığorta bazarları arasında kadr, təcrübə və məlumat mübadiləsinin təmin edilməsi, eyni zamanda türk dünyası sığorta sektoru üçün vahid sığorta hovuzunun yaradılması və bazarlar arasında təkrarsığorta istiqamətlərinin formalaşdırılıb inkişaf etdirilməsindən ibarətdir.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması fikri ASA ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs nəticəsində gerçəkləşib.

Related posts

Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb

İSB: Sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb

Azərbaycanda icbari sığorta müqavilələrinin sayı 1,5 milyona yaxınlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı