Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türk Dünyası Sığorta Birliyinin təsis edildiyi gündən 2 il ötür - BBN

Türk Dünyası Sığorta Birliyinin təsis edildiyi gündən 2 il ötür

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və birgə təşəbbüs nəticəsində 2022-cü ilin 24 may tarixində Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Sığorta Zirvəsində Türk Dünyası Sığorta Birliyi təsis edilib.

Azərbaycan Sığortaçılar Assosiasiyası, Türkiyə Sığorta Birliyi, Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyası, Qazaxıstan Sığortaçılar Assosiasiyası və Qırğızıstan Sığortaçılar Assosiasiyasının üzvlüyü ilə təsis edilən Türk Dünyası Sığorta Birliyi tarixdə ilk dəfə türk dövlətlərinin sığorta sənayeləri arasında əməkdaşlıq platforması oldu.

Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi türk dövlətlərinin sığorta bazarları arasında təcrübə, kadr və məlumat mübadiləsinin həyata keçirilməsi, təkrarsığorta əlaqələrinin formalaşdırılması və ortaq sığorta hovuzunun yaradılmasıdır.
Sevindirici haldır ki, Birliyin əhəmiyyəti qısa zamanda beynəlxalq təşkilatların diqqətini çəkdi və Türk Dövlətləri Təşkilatı (TDT) Türk Dünyası Sığorta Birliyini öz himayəsinə almaqla bağlı qərar verdi. Hazırda bu istiqamətdə iş aparılır və Birlik TDT formatında yenidən təşkil olunur.

Belə ki, Şimali Kipr Sığorta və Təkrarsığorta Birliyi, Macarıstan Sığortaçılar Assosiasiyası və Türkmənistan Dövlət Sığorta Təşkilatı ilə danışıqlar aparılıb, müvafiq təşkilatların Türk Dünyası Sığorta Birliyinə müşahidəçi təşkilat olmaqları ilə bağlı ilkin razılıq alınıb. Habelə ötən dövr ərzində Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən Birliyin “Yol xəritəsi” hazırlanıb və üzv dövlətlərin təşkilatları tərəfindən bəyənilərək yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bizim ailəmiz Türk dünyasıdır!”. Çox sevinirik ki, sığorta sənayesi olaraq biz də bu ailənin bir parçasıyıq.

Türk Dünyası Sığorta Birliyinin təsisçilərini, habelə təmsilçi ölkələrin sığortaçılarını – ümumilikdə türk dünyasını bu münasibətlə ürəkdən təbrik edir, uğurlar arzulayırıq.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı