Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türk lirəsi dirçəlməyə başlayıb

Türk lirəsi dirçəlməyə başlayıb

Son günlər beynəlxalq valyuta bazarlarında ən çox gündəmdə olan mövzulardan biri türk lirəsinin məzənnəsi yenidən gündəm mərkəzinə gəlib. Lakin bu dəfə türk lirəsinin dollar qarşısında dəyərinin yüksəldiyi nəzərə çarpıb.

Bazar ertəsi günü 18.36 ilə tarixinin rekord göstəricisinə çatan dollar/lirə məzənnəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi iclas sonrası qismən dirçəlib. İclasda prezident tərəfindən təqdim edilən yeni monetar tənzimləmə alətləri və inamverici çıxışlar nəticəsində sözügedən məzənnə 12.27, daha sonra isə 11.37 səviyyələrinə qədər enib. Hazırda, 12.31 səviyyəsində ticarət edilən məzənnə 14%-dən çox dəyişikliyə məruz qalıb. Ümumilikdə, lirənin son bir ayda məruz qaldığı volatillik səviyyəsi 61%-ə yaxındır.

Bununla yanaşı, iclasda çıxış edən Türkiyə Banklar Birliyi Sədri və Ziraat Bankın İcraçı Direktoru Alpaslan Çakar bankların da bu yolda dövləti dəstəklədiyini bildirib. O vurğulayıb ki, Ərdoğanın çıxışından sonra ümumilikdə Türkiyə banklarında 1 milyard dollar həcmində valyuta lirəyə çevrilib.

Related posts

Rəsmi valyuta məzənnələri(3.03.2026)

Yaxın Şərqdə Münaqişə Böyüyür: Qızıl Bahalaşır, Amma Dollar Təzyiq Yaradır!

ABŞ dolları geosiyasi gərginlikdə “ehtiyat limanı” kimi bahalaşır – Proqnoz nədir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı