Türkiyə banklarının mənfəəti 2 dəfəyə yaxın artıb

2017-ci ilin yanvar-fevral aylarında Türkiyənin  kommersiya bankları 8.45 mlrd. türk lirəsi və ya 2.3 mlrd. dollar xalis mənfəət əldə ediblər. Bu məbləğ ötən illin eyni dövrü ilə müqayisədə 3.89 mlrd. türk lirəsi və ya 85% çoxdur.

BBN.az xəbər verir ki, bu haqda Türkiyənin Bankçılığı Tənzimləmə və Nəzarət Qurumu açıqlama verib.

Türkiyə banklarının aktivlərinin həmci isə 2.82 trilion türk lirəsi və ya 772 mlrd. dollar təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır