“Türkiyə İnnovasiya Həftəsi 2016” keçiriləcək

Türkiyənin İqtisadiyyat Nazirliyinin dəstəyi və Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə cari ilin 8-10 dekabr tarixlərində İstanbul şəhərində “Türkiyə İnnovasiya Həftəsi 2016” keçiriləcəkdir. Tədbirin tərəfdaşları arasında “Türk Hava Yolları”, “Türkiyə iqtisadiyyat Bankı”, “Türkcell”, “Sabançı Holdinq” və “Arçelik” kimi tanınmış şirkətlər yer almaqdadır.
“Türkiyə İnnovasiya Həftəsi 2016” incəsənətdən texnologiyaya, səhiyyədən elmə qədər innovasiya-əsaslı sahələri təmsil edən yerli və xarici iş adamlarını, müxtəlif institut və təşkilatları bir araya gətirən platformadır.
Tədbirdə iştirak etmək istəyən şəxslər daha ətraflı məlumatı qeyd olunan əlaqə vasitələrindən ala bilərlər:

Erhan İPEKÇİLER
Tel: 90 212 369 92 92/ 153
Email: erhan@ddf.com.tr
İnternet səhifə: www.ddf.com.tr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır