Türkiyə iyulda ixracatı artırıb

Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyənin iyul ayına olan ixracat hesabatını yayımlayıb. Hesabata görə, Türkiyənin ixrac məhsullarının dəyəri ötən ilin iyul ayına nisbətdə 8.3% artıb.

Ümumilikdə kənd təsərrüfatı məhsullarının ixracatında 7.4%-lik, sənaye məhsullarında isə 8.6%-lik artım müşahidə olunub. Dağ-mədən sənayesində isə 5.5%-lik azalma olub.

Avtomobil sənayesinin xarici satışları 5% artaraq 2.9 milyard dollar olub. Elektronikada bu rəqəm 0.95 milyard dolları, müdafiə sənayesi məhsullarında isə 2.3 milyard dolları ötüb.

İxracatda ən çox azalma gəmiçilik məhsullarında (-40.4%), ən çox artım isə zinət əşyalarında (96.2%) müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır