Türkiyə “Volkswagen”-ə biraz da yaxınlaşır

Alman avtomobil nəhəngi “Volkswagen Group” tərəfindən inşa edilməsi planlaşdırılan 1.1 milyard dollarlıq avtomobil zavodu layihəsinin Türkiyədə icrası üçün işlər davam edir. Belə ki, Türkiyə mətbuatının bəzi mənbələrində yayılan məlumatlara görə, bu həftəTürkiyə prezidenti ilə avtomobil şirkəti rəhbərliyini arasında keçirilən görüş uğurlu keçib.

Belə ki, görüşdə nəqliyyat vasitələrindən tutulan vergilər də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub. Avtomobil zavodunun isə Manisada inşa olunması proqnozlaşdırılır.

Qeyd edək ki, Türkiyədən savayı Bolqarıstan Respublikası da bu zavodun inşasına ev sahibliyi etmək üçün müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır