Türkiyədə 6 ayda 6 mindən çox xarici şirkət qurulub

Türkiyədə ilin ilk yarısında qurulan xarici sərmayəli şirkət sayı, keçən ilin eyni dövrünə görə 6,86% artaraq 6 min 179-a çatıb.

Bu dövrdə Türkiyədə şirkət quran şəxslərin gəldiyi ölkələrə baxsaq görərik ki, 33 şirkətlə İran ilk yerdə qərarlaşıb. Bunun ardınca 28 şirkətlə Almaniya, 20 şirkətlə Azərbaycan, 17 şirkətlə ABŞ, 12 şirkətlə Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri və 11 şirkət ilə Böyük Britaniya öz yerini tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır