Türkiyədə dolların ucuzlaşdırılması tədbirləri effekt verib

Keçən həftə dünya bazarlarında artan volatillik, siyasi proseslər və dollara olan tələbin artmasının təsiri ilə türk lirəsi dollar qarşısında kəskin ucuzlaşmışdı. Dünən  isə Türkiyədə dollardan imtina çağırışları öz effektini verdi: günə 3.53 ilə başlayan məzənnə 3.43-ə qədər endi.
Hazırda (07.12.2016 09:19) isə məzənnə 3.45 ətrafındadır.
Türk lirəsini möhkəmlənməsi davam edəcəkmi?
Ekspertlərin rəyinə əsasən, gələcək həftə üçün məzənnə 3.41-3.46 arasında olması proqnozlaşdırılır. Bu gün İqtisadi Koordinasiya Komitəsinin bəyanatının da məzənnəni aşağı endirməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır