Türkiyədə işsizlik artıb

Türkiyə Statistika Orqanının (TürkStat) 2019-cu ilin fevral ayına açıqladığı göstəricilərə görə, Türkiyədə işsizlik 14.7% (4.73 milyon nəfər) səviyyəsindədir. Bu isə, ötən ilin müvafiq dövrünə əsasən, 4.1% (1.37 milyon nəfər) artım deməkdir.

Qeyd edək ki, TürkStat-ın yanvar ayına açıqladığı göstəricilərdə də işsizlik ötən ilin müvafiq dövrünə nisbətdə 3.9%-lik artımla 14.7% (4.67 milyon nəfər) səviyyəsində qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır