Türkiyənin ən böyük avtobus şirkətlərindən biri satılır

Türkiyənin səyahət bazarında “Kamil Koç” brendi altında uzun illərdən bəri fəaliyyət göstərən şirkət Almaniya mərkəzli “Flixmobility” şirkətinə satılır. “Flixbus” adı ilə də tanınan bu şirkət “Kamil Koç”-un hazırki sahibi “Actera Group” ilə satış məsələsində razılaşdıqlarını bildirib. Bununla bağlı, Türkiyənin rəqabətə nəzarət qurumuna təsdiqləməsi üçün müraciət olunub.

Hal-hazırda 28 Avropa ölkəsi və ABŞda 2000-dən çox məntəqədə fəaliyyət göstərən “Flixbus” şirkətinin Türkiyə səyahət bazarında yaxın dövrlərdə inteqrasiya edəcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, 1926-cı ildə əsası qoyulan “Kamil Koç” Türkiyənin hələ də fəaliyyətdə olan ən qədim avtobus şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır