Türkiyənin 2023-Sənaye və Texnologiya Strategiyası açıqlanacaq

Türkiyənin gələcək dövrdə sənaye və texnologiyada izləyəcəyi yol xəritəsini ehtiva edən “Türkiyənin 2023 Sənaye və Texnologiya Strategiyası” hazırlanıb.

Türkiyənin qlobal rəqabət gücünü artırmağı məqsəd qoyan strategiya Milli Texnologiya Hərəkatının davamlılığını təmin edəcək və strategiyada ölkənin 2023 hədəflərinə çatmaq üçün təməl prioritetlər iştirak edəcək.

Bu çərçivədə əqli mülkiyyət hüququndan sənayenin rəqəmsal transformasiyasına, regional inkişafdan Tədqiqat və İnkişaf tədbirlərinə qədər gələcəkdə reallaşdırılması planlaşdırılan müxtəlif hədəflərin olacağı gözlənilir. Bundan əlavə, bulud hesablaması, kiber təhlükəsizlik və blockchain infrastrukturu da daxil olmaqla son dövrün vacib sahələrinə dair tədqiqatların da daxil edilməsi nəzərdə tutulur.

Türkiyənin texnoloji müstəqilliyini gücləndirməyə və sənayedə əlavə dəyərli istehsalı inkişaf etdirməyə istiqamətli hədəflərin iştirak edəcəyi strategiyada, kritik texnologiyalarda inkişafın təmin edilməsinə yönələn fəlaiyyətlər ictimaiyyətə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır