Türkiyə hökuməti quraqlıq səbəbindən zərər görən fermerlərə 2.6 milyard lirə (təqribi 207.6 milyon dollar) həcmində dəstək paketi ayırıb. Hakimiyyətdə olan partiyanın iclası zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanan dəstək layihəsinin icrasına artıq başlanılıb.
İlkin mərhələdə quraqlıq səbəbindən ən çox məhsul itkisinə (60%) məruz qalan Yozqat rayonunun Sorgun qəsəbəsinin fermerlərinə ödənişlər həyata keçirilib. 63.3 min hektar ərazidə əkin ilə məşğul olan 6 min 568 fermerə ümumilikdə 38.9 milyon lirə ödəniş ödənib.
Növbəti olaraq, Boğazlıyan qəsəbəsinə 25 milyon lirə vəsait ayrılacağı planlaşdırılıb. Ümumilikdə, ödənişlərin 14 yanvar 2022-ci il tarixinədək yekunlaşdırılması proqnozlaşdırılıb.