Bugün Türkiyə Mərkəzi Bankı (TCMB) koronavirus tendensiyası müddətində lazımi likvidliyinin təmin edilməsi məqsədilə uçot faiz dərəcəsini 1 faiz bəndi azaldaraq 10.75%-dən 9.75%-ə endirib. Bu artıq bankın ardıcıl yeddinci azaltma qərarıdır.
Türkiyə Mərkəzi Bankı iclasda iqtisadi geriləməni yüngülləşdirməyə yönələn, türk lirəsi, eləcə də xarici valyutaya çıxışı asanlaşdırmağa dəstək olan bir sıra tədbirlər planı açıqlayıb.
Mərkəzi Bank kommersiya banklarını virusun yayıldığı müddətdə də sahibkarlara kreditlərin ayrılmasını genişləndirməyə təşviq edib. Əvəzində isə, həmin banklara üç aylıq REPO əməliyyatları vasitəsilə 8.25% ilə lirə likvidliyi təmin edəcəyini vəd edib.
Əlavə olaraq isə, TCMB ixracatçıların 7.6 milyard dollar həcmində xarici valyuta borclarının qaytarılma müddətini üç ay ertələyərək qısamüddətli dövr üçün yerli bazarın dollar tələbatını yüngüllətməyi hədəfləyib.