Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyə şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu verilib - BBN

Türkiyə şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, müəssisədə tava və qazan istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 100 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Qeyd edək ki, “Asilsoy” Türkiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka (“Karaca”, “Schafer”) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.

Related posts

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

ABŞ istehlakı zəifləyir – Qlobal bazarlarda rallinin sürəti azaldı, yen güclənir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı