Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Türkiyə texnologiya bazarı ilə tanışlıq” tədbirinin ikinci mərhələsi baş tutub - BBN

“Türkiyə texnologiya bazarı ilə tanışlıq” tədbirinin ikinci mərhələsi baş tutub

İRİA-nın Türkiyənin Kommunikasiya Texnologiyaları Klasteri (HTK), Türkiyə Proqram İstehsalçıları Birliyi (YASAD) və Türkiyə Xidmət İxracatçıları Birliyi (HİB) kimi əsas sənaye oyunçuları ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi tədbirdə Türkiyənin 19 aparıcı İKT şirkətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxışı zamanı Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı türk şirkətlərinə belə bir imkanın yaradıldığına görə öz minnətdarlığını bildirib. Səfir bu təşəbbüsün ölkələr arasında İKT üzrə əməkdaşlıqda yeni səhifə açdığını və gələcək üçün möhkəm təməl formalaşdırdığını vurğulayıb.

Agentliyin sədri İnarə Vəliyeva türkiyəli qonaqları salamlayaraq, tədbirin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcəyindən əminliyini ifadə edib. Tədbirdə Azərbaycanın Avrasiyada biznes mərkəzi kimi strateji əhəmiyyəti vurğulanaraq gələcəkdə türk şirkətlərinin burada törəmə müəssisə açmaları perspektivli addım kimi dəyərləndirilib.

Tədbir çərçivəsində eyni zamanda türk şirkətləri ilə Azərbaycanın aparıcı texnologiya şirkətləri arasında ikitərəfli işgüzar görüşlər, potensial tərəfdaşlıq və əməkdaşlıqlar barədə konkret müzakirələr aparılıb.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı