Home » Türkiyədə daşınmaz əmlakın satış həcmi artıb

Türkiyədə daşınmaz əmlakın satış həcmi artıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Türkiyə Respublikasının rəsmi statistika bürosu TürkStat yanvar ayına ölkədə olan daşınmaz əmlak satışları ilə bağlı hesabatını paylaşıb. Türkiyədə bu il yanvar ayında 113615 mülk satışı həyata keçirilib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq ayında nisbətdə 55.8% artım deməkdir.

Ən çox daşınmaz əmlak satışı İstanbul şəhərində (21251) qeydə alınıb. Paytaxt  Ankarada 11989 satış həyata keçirilib. Böyük şəhərlərdən bir digəri İzmirdə isə 7212 daşınmaz əmlak satılıb. Ən az mülk satışı isə Hakkaridə (7) qeydə alınıb.

Daşınmaz əmlakın ipoteka ilə satışında da kəskin artım müşahidə olunub. Respublika üzrə ipoteka ilə satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 546.1% artaraq 42237 olub.

Xarici ölkə vətəndaşlarına yanvar ayı boyunca 3907 mülk satışı həyata keçirilib. Ən çox daşınmaz əmlak alımını İraq vətəndaşları (739) tərəfindən olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.