Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyədə dolların məzənnəsi 32TL-yə yaxınlaşır - BBN

Türkiyədə dolların məzənnəsi 32TL-yə yaxınlaşır

Martın 5-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib.

BBN.az xəbər verir ki, Türkiyədə dollar 31,72 TL, avro isə 34,40 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 4% bahalaşıb. Avroda isə müvafiq olaraq 4,8% bahalaşma müşahidə edilib.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 31,40TL, satış üzrə 34,46 TL müəyyən edib.

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşmaqda davam edir. Belə ki, Azərbaycan Mərkəzi Bankının martın 5-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0538 manat təşkil edir. Başqa sözlə, hazırda 1000 Türkiyə lirəsi 53,8 AZN-ə ticarət edilir.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı