Türkiyədə inflyasiya 83%-ə yüksəldi, türk lirəsi dollar qarşısında yeni rekorda çatdı

Türkiyədə inflyasiya son 24 ilin ən yüksək səviyyəsinə 83%-ə çatıb. Nəqliyyat, ərzaq və mənzil bazarında qiymətlərdə ən yüksək artım müşahidə edilir. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, müstəqil ekspertlər qrupu – Inflation Research Group-un təxminlərinə, əsasən isə illik göstərici daha çox, əsasən 186.27%-dir. 

Maraqlısı budur ki, bir sıra Avropa ölkələrinin və ABŞ, Kanadanın Mərkəzi Bankları yüksək inflyasiya dərəcəsi ilə mübarizə aparmaq üçün faiz dərəcələrini yüksəltmişdilər, ancaq Türkiyədə isə bunun əksi müşahidə edilib.

Nəqliyyat sektorunda ən kəskin illik artım olub və 117.66%-ə çatıb, daha sonra isə bunu ərzaq və alkoqol olmayan içki bazarı – 93% tutub.

2021-ci ildə Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini 19%-dən 14%-ə qədər azaltmışdı və bu da lirənin dəyərini itirməsinə gətirib çıxarmışdı. Bu isə o demək idi ki, xaricdən idxal edilən məhsullar ölkəyə daha baha başa gəlir. 

Üstəgəl, türk lirəsinin qiyməti dollar qarşısında yeni rekorda çatıb və 18.56 olub. 

Qiymətlərin yüksəlməsi təkcə Türkiyədə deyil, bütün dünya ölkələrində müşahidə edilir, bu Covid ilə bağlı olaraq təchizat çatışmazlığı və Ukrayna müharibəsi ilə bağlıdır. Bu isə enerji və ərzağın qiymətlərini daha bahalı edir. 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı