Türkiyədə ödəniş kartlarının sayında artım qeydə alınıb

Türkiyə Respublikasında bank sektoru ölkə iqtisadiyyatında böyük paya sahib sektordur. 34-ü kommersiya bankı olmaqla, hazırda 55 banka sahib olan Türkiyədə plastik kartlardan istifadə də istehlakçılar arasında sürətlə yayılmaqdadır.

Banklararası Kart Mərkəzi (BKM) tərəfindən tərtib edilən hesabata əsasən, 2022-ci ilin yanvar ayında Türkiyədə plastik bank kartlarının ümumi sayı 150 milyon 785 min 46 ədəd olub. Bu isə, 2021-ci ilin yanvar ayı göstəriciləri ilə müqayisədə, 10 milyon 518 min 123 ədəd artım deməkdir. 2022-ci ilin yanvar ayı üzrə sözügedən göstəricinin 86 milyon 209 minlik hissəsi kredit kartlarının payına düşür. Yanvar ayında ən çox artıma nail olan seqmentlərdən biri də təmassız kartlar olub. Belə ki, 2021-ci ilin müvafiq ayında 46 milyon 230 min civarında dövr edən təmassız ödəniş kartlarının sayı 2022-ci ilin yanvar ayında 55 milyon 77 min 243 ədəd olub. Qeyd edək ki, 2018-ci ildə cəmi 30 milyon səviyyəsində olan təmassız kartların istehlakçılar arasında yayğınlaşmasının sürətlənməsində koronavirus pandemiyasının da rolu olub.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı