Türkiyədə təmassız ödəniş kartlarının sayında kəskin artım qeydə alınıb

Türkiyə Respublikasında bank sektoru ölkə iqtisadiyyatında böyük paya sahib sektordur. 34-ü kommersiya bankı olmaqla, hazırda 55 banka sahib olan Türkiyədə plastik kartlardan istifadə də istehlakçılar arasında sürətlə yayılmaqdadır.

Banklararası Kart Mərkəzi (BKM) tərəfindən tərtib edilən hesabata əsasən, 2021-ci ildə Türkiyədə plastik bank kartlarının ümumi sayı 148 milyon 596 min 180 ədəd olub. Bu isə, 2020-ci il göstəriciləri ilə müqayisədə, 3 milyon 852 min 982 ədəd artım deməkdir. 2021-ci il üzrə sözügedən göstəricinin 83 milyon 395 minlik hissəsi kredit kartlarının payına düşür.

2021-ci ildə ən çox artıma nail olan seqmentlərdən biri də təmassız kartlar olub. Belə ki, 2020-ci ildə 45 milyon 366 min civarında dövr edən təmassız ödəniş kartlarının sayı 2021-ci ildə 8 milyondan çox artaraq, 53 milyon 623 min 172 ədəd olub. Qeyd edək ki, 2018-ci ildə cəmi 30 milyon səviyyəsində olan təmassız kartların istehlakçılar arasında yayğınlaşmasının sürətlənməsində koronavirus pandemiyasının da rolu olub.

Related posts

Rəsmi valyuta məzənnələri-10.04.2025

Dələduzlardan qorunmağın 12 yolu

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri ABA-nın 35 illiyini təbrik edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı