Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyəli mütəxəssislər tərəfindən xidmət sahəsində çalışanlar üçün təlimlər keçirilir - BBN

Türkiyəli mütəxəssislər tərəfindən xidmət sahəsində çalışanlar üçün təlimlər keçirilir

 

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə xidmət sahəsində çalışan şəxslər üçün turizm sahəsi üzrə Türkiyədən olan ekspertlərin iştirakı ilə təlimlərə start verilib.
Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının birgə Fəaliyyət Proqramına əsasən Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən seçilən ekspert və təlimçilərin keçdiyi təlimlər 6 gün müddətində davam edəcək.
Təlimlər Bakı, Gəncə və Şuşa şəhərlərində qeydiyyat, qidalanma və təmizlik, o cümlədən idarəçilik bacarıqları üzrə 30 nəfərlik qruplara keçirilir.
Dövlət Turizm Agentliyinin regional turizm idarələrinin apardığı qiymətləndirmələr, o cümlədən Azərbaycan Hotel Assosiasiyasının tövsiyələri nəzərə alınmaqla təlimlərdə 105 nəfərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ilin 23 dekabr tarixində Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının Bakıda keçirilmiş 2-ci iclasının nəticəsi olaraq ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, marketinq, kommunikasiya və turizm məhsulları, o cümlədən turizm təhsili və təlimi üzrə əməkdaşlığa dair qəbul olunan birgə Fəaliyyət Proqramının 8-ci maddəsinin 10-cu bəndinə əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Azərbaycanda turizm sahəsində xidmət sferasında çalışan şəxslər üçün təlimlərin təşkil olunması qərarlaşdırılıb.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı