Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyəli nümayəndə heyəti ilə Türk Dünyası Məşğulluq Forumu ilə bağlı müzakirələr aparılıb - BBN

Türkiyəli nümayəndə heyəti ilə Türk Dünyası Məşğulluq Forumu ilə bağlı müzakirələr aparılıb

Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

Səfərin məqsədi bu il keçirilməsi nəzərdə tutulan Türk Dünyası Məşğulluq Forumu ilə bağlı müzakirələrin aparılmasıdır.

Səfər çərçivəsində nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində olub və müxtəlif struktur bölmələrlə görüşlər keçirilib.

Qonaqlara Agentliyin fəaliyyəti, cari il üzrə planlaşdırılan işlər və hədəflər barədə məlumat verilib, dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Daha sonra Türk Dünyası Məşğulluq Forumunun gündəliyi, panellər və tədbirdə müzakirə ediləcək mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Related posts

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı