Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “UPT” pul köçürmələri sisteminin Azərbaycanda yeni tərəfdaşı oldu. UPT Türkiyənin beynəlxalq pul köçürmələri və ödəniş platformasıdır.

“Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsinə əsasən, “Azərpoçt” MMC və Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır. Müqavilə çərçivəsində “Azərpoçt” MMC və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib.

Azərbaycan və Türkiyə arasında sürətli pul köçürmələri hər il dinamik şəkildə artır. Aprel ayından etibarən vətəndaşlar hesab açmadan “Azərpoçt”un 1500-ə, PTT-nin isə 5000-ə yaxın poçt məntəqəsində daha aşağı tariflərlə etibarlı pul köçürmə əməliyyatını həyata keçirə bilirlər.

“Azərpoçt” və “PTT” poçt-maliyyə sahəsində uzun illərdir uğurlu əməkdaşlıq edir. İcrasına başlanılan yeni layihə bu əməkdaşlığın daha da inkişaf etməsinə geniş zəmin yaradır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı