Türkiyənin xarici ticarət kəsiri məhdud şəkildə artıb

Türkiyənin xarici ticarət kəsiri ötən ay 0,5 faiz artaraq 5 milyard 122 milyon dollar olub.

BBN.az xəbər verir ki, Türkiyə Ticarət naziri Ömər Bolat sentyabr ayı üzrə xarici ticarət rəqəmlərini açıqlayıb.

Buna görə, ölkənin xarici ticarət kəsiri sentyabr ayında 0,05 faiz məhdud artımla 5 milyard 122 milyon dollara çatıb.

2023-cü ilin sentyabr ayında kəsir 5 milyard 95 milyon dollar səviyyələrində idi.

Sentyabr ayında ixrac ötən ilin eyni ayına görə 1,8 faiz azalaraq 22,01 milyard dollara geriləyib. İdxal isə 1,4 azalaraq 27,1 milyard dollar olub.

İlin 9 aylıq dövründə ixrac 3,2 faiz artaraq 192,8 milyard dollar, idxal isə 8 faiz azalaraq 252,9 milyard dollar müəyyən edilib. Bununla da xarici ticarət kəsiri ilk 9 ayda 31,5 faiz azalaraq 60,1 milyard dollar olub. İxrac-idxalın əhatə dairəsi 68 faizdən 76,3 faizə yüksəlib.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı