Türkiyəyə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Türkiyə Respublikasının Adana, Mərsin, İstanbul şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 11-16 dekabr 2023-cü il
İxrac missiyasının əhatə etdiyi sahələr:

– Qida və içki sənayesi;
– Tikinti materialları

XİFMN üzrə məhsulun kodu Məhsulun adı
040690 Digər pendirlər
0806 üzüm, təzə və ya qurudulmuş:
0808 almalar, armudlar və heyvalar, təzə
080940 gavalılar və göyəm:
0810 digər meyvələr, təzələr:
0813409500 Tut, heyva və digərləri
0902 çay, aromatik dad əlavələri və ya onlarsız:
1202 yer fıstığı , qovrulmamış və ya hər hansı başqa üsulla hazırlanmamış, qabığı təmizlənmiş və ya təmizlənməmiş, xırdalanmış və ya xırdalanmamış:
17 Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
1905 Çörək, unlu qənnadı məmulatlar, pirojnalar, peçenye və digər çörək-bulka və unlu qənnadı məmulatlar, tərkibində kakao olan və ya olmayan; əczaçılıq məqsədləri üçün istifadəyə yararlı vafli plastinaları , boş kapsulalar, bağlama üçün vafli həbləri, düyü kağızı və analoji məhsullar:
2002 Sirkə və ya sirkə turşusu əlavə edilmədən hazırlanmış və ya konservləşdirilmiş pomidorlar:
2201 sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar:
2202 sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər
2204 təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa:
24 Tütün və tütünün sənaye əvəzediciləri
2515 Abidə və ya tikinti üçün xüsusi çəkisi 2,5 və ya daha çox olan mərmər, travertin, ekausin və ya əhəngli tuf daşı, alebastr, qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış, ya digər üsulla düzbucaqlı formalı (kvadrat formalı daxil olmaqla) bloklara və ya plitələrə ayrılmış:
39 Plastmassa və onlardan hazırlanan məmulatlar
6305 Qablaşdırma kisə və paketlər
72 Qara metallar

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 10 noyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Sənədlər aşağıdakı ünvan üzrə 27 oktyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri

Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 24)

E-mail: samira.mammadova@azpromo.gov.az

Kənan Müzəffərli

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 30)

Mob.: (+994 55) 604 25 44

E-mail: kanan.muzaffarli@azpromo.gov.az

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı