Twitter-in işləməsini təmin edən kodun bir hissəsi internetə sızdırılıb

Twitter-in onlayn işləməsini təmin edən bəzi kodlar internetə sızdırılması məlum olub.“Reuters”in əldə etdiyi məlumata görə, Twitter-in Kaliforniya ştatının məhkəməsinə təqdim etdiyi sənədlərdən məlum olur ki, şəbəkəni işlədən kodların bəzilərinin Github-da dərc edilib (Github Microsoft-a məxsus kod və proqram təminatı paylaşma platformasıdır). Məhkəməyə təqdim edilən sənədlərə görə, Elon Mask özünə məxsus Twitter-ı təmin edən kodun sızdıran şəxsin məlumatlarının açıqlanmasını tələb edir.

Məhkəməyə təqdim edilən faylda kodu sızdıran şəxsin ləqəbinin “İfadə azadlığını sevən” mənasını verən “FreeSpeechEnthusiast” olduğu bildirilib. Cümə günü Twitter-in tələbi ilə Github kodu platformadan çıxardığını açıqladı.

Martın 24-də məhkəməyə edilən müraciətlə bağlı Twitter heç bir açıqlama verməyib.Eyni zamanda, Github kodun platformada nə qədər qaldığı barədə də məlumat verməyib.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı