Twitter-in yeni sahibi Elon Musk 3.95 milyard dollar dəyərində Tesla səhmlərini satıb

Şəxsi sərvətinin həcmi 200 milyon dollar enib.

Twitter-in yeni sahibi Elon Musk təxminən 4 milyard dollar dəyərində Tesla səhmlərini satıb.

BBN.az Time nəşrinə istinadən xəbər verir ki, 44 milyard dollara Twitter-i alan Musk noyabrın 4-dən 8-dək elektrik mühərrikli avtomobil istehsal edən özünün Tesla şirkətindən 19.5 milyon səhmlər satıb.

O, avqustda isə 7 milyard dollar dəyərində, apreldən bu yana isə 19 milyard dollar dəyərində Tesla səhmini satıb. Çox güman ki, milyarder sosial şəbəkəni almaq üçün maliyyə axtarışına görə bunu edib.

Forbes nəşrinə görə, çərşənbə axşamı onun şəxsi sərvətinin həcmi 200 milyon dollar enib, lakin o, hələ də dünyanın ən varlı insanıdır. 

Tesla-nın səhmləri isə 5.78 dollar, yaxud 2.9% enib və 191.30 dollara çatıb. 2022-ci ilin balanğıcından isə səhmlər özünün 52% dəyərini itirib. Müqayisə ilə desək, cari ildə S&P 500 səhmləri isə dəyərinin 20% itirib.

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı