Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Twitter” loqosunun dəyişməsindən sonra “dogecoin” rəqəmsal valyutanın qiyməti rekord həcmdə artıb - BBN

“Twitter” loqosunun dəyişməsindən sonra “dogecoin” rəqəmsal valyutanın qiyməti rekord həcmdə artıb

Kriptovalyuta “dogecoin”in qiyməti “Twitter” sosial platformasının sahibi, milyarder, biznesmen Elon Muskın şəbəkənin tarixi loqosunu rəqəmsal valyutanın üzərindəki itə dəyişməsindən sonra rekord həcmdə, 30%-dən çox artıb.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bazar ertəsi kriptovalyutanın qiyməti 7.7 sentdən 10.2 sentə yüksəlmişdi. Hazırda isə 26% daha yüksək, yəni 9.8 sentə ticarət etməkdədir.

Qeyd edək ki, keçmişdə Elon Musk aralarında leqal müharibələrin olmasına rəğmən adıçəkilən rəqəmsal valyutanı dəstəkləyib. Maraqlıdır ki, yeni loqo şəbəkənin veb brauzer versiyasında görünsə də, tətbiqdə görünmür.

Related posts

Dollar Fed-in iclası ərəfəsində ucuzlaşır

Valyuta bazarında “Tək Hakim”: Niyə hazırda dollar yeganə etibarlı sığınacaqdır?

Rəsmi valyuta məzənnələri (16.03.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı