“Uber” 2.9 milyard dollar zərər açıqlayıb

Dünyanın ən böyük onlayn taksi xidmətlərindən olan “Uber” 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Göstəricilərdə, şirkətin birinci rübdə 2.9 milyard dollar həcmində zərərə uğraması əks olunub. Şirkət gəlirlərində 14%-lik artım açıqlasa da, pandemiya dövründə əməliyyat xərclərində müşahidə edilən artım mənfəətin qarşısını alıb. Şirkətin müştəri bazası isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% çoxdur.

Şirkət maliyyə göstəricilərini açıqladıqdan dərhal sonra səhmlərində 3%-lik geriləmə müşahidə olunsa da, qısa bir müddət sonra 9%-lik artım qeydə alınıb. Hazırda “Uber” səhminin birja qiyməti 31 dollar civarındadır.

Şirkətin bazarda əsas rəqibi olan “Lyft” şirkəti də gəlirlərində illik 23%-lik artım qeydə alsa da, xalis zərər göstəricisi 400 milyon dollar civarında qərarlaşıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı