Uçan taksilərin tətbiqi üçün pilot şəhərlər seçilib

Beynəlxalq taksi şirkəti Uber dünyadakı ilk “uçan taksi”lərin tətbiqi üçün seçilən pilot şəhərlərin Avstraliyanın Melburn, ABŞ-ın Los Angeles, və Dallas şəhərləri olduğunu elan edib.

Uberin regional müdiri Susan Anderson bildirib ki, Melburnda test uçuşları 2020-ci ildə başlayacaq və 2023-ci ildən etibarən ticari uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, uçuşlar kiçik və elektrikli təyyarələr vasitəsilə baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır