Doqquz ayda ÜDM 2.5% artıb

Bu ilin doqquz ayında Azərbaycanda 58,4 milyard manat (34 milyard 390 milyon ABŞ dolları) dəyərində ümumi daxili məhsul istehsal edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

İlin əvvəlindən qeyri-neft və qaz sektorunda ÜDM 3,5%, neft-qaz sektorunda isə 1,1% artıb. Bu ilin yanvar-sentyabr aylarında bir nəfərə düşən əlavə dəyər istehsalı 5.9 min manat (3476 dollar) təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır