ÜDM istehsalı azalıb

2017-ci ilin yanvar-may aylarında ölkədə 25338,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 % az ümumi daxili məhsul istehsal edilib.

Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 % artıb.

Ümumi daxili məhsulun 44,1 %-i sənayedə, 10,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,3 %-i tikintidə, 7,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrində, 14,5 %-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır