ÜDM və məşğulluq 0.2% artıb

Avropa İttifaqı Statistika Bürosunun (EUROSTAT) periodic olaraq yayınladığı hesabata əsasən 2019-cu ilin ikinci rübündə məşğulluq səviyyəsi və ÜDM ötən ilin müvafiq dövrünə nisbətdə həm Avrozona ölkələrində, həm də Avropa Birliyi (Aİ) ölkələrində 0.2% artıb.

Sözügedən dövrdə ÜDM artımının ən çox müşahidə olunduğu ölkə 1.1% ilə Macarıstan, ən böyük azalma isə -0.2% ilə Birləşmiş Krallıq olub.

Məşğulluq səviyyəsinin ən çox artdığı ölkələr isə Yunanıstan və Kiprdə (0.7%) qeydə alınıb. Portuqaliyada məşğulluq isə 0.6% azalıb. Avropa Birliyi ölkələrində 2019-cu ilin ikinci rübündə 241.4 milyon nəfər işlə təmin olunub. Avrozonada isə bu göstərici 160 milyon nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır