Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Uğur yolu" karyera inkişafı proqramının yarımfinal mərhələsi yekunlaşıb - BBN

“Uğur yolu” karyera inkişafı proqramının yarımfinal mərhələsi yekunlaşıb

“Uğur yolu” 2023 karyera inkişafı proqramının yarımfinal mərhələsində iştirak edən 94 nəfərdən 38-i finala vəsiqə qazanıb.

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki  qurumların əməkdaşları arasında keçirilən növbəti “Uğur yolu” 2023 karyera inkişafı proqramının yarımfinal mərhələsinin nəticələri açıqlanıb. Yarımfinal mərhələsində iştirak edən 94 nəfərdən 38-i finala vəsiqə qazanıb.

Bu mərhələdə iştirakçılar 2 onlayn imtahana qatılıblar. Virtual otaqlarda müxtəlif tapşırıqlar əsasında komanda formasında yarışan əməkdaşların bilik və bacarıqları fərqli meyarlar əsasında qiymətləndirilib.

Müsabiqənin bütün mərhələlərini uğurla keçən iştirakçılar fərdi inkişaf proqramlarına  – müxtəlif təlimlər, kouçinq sessiyaları, Nazirliyin rəhbər vəzifəli şəxsləri ilə mentorluq proqramlarına cəlb olunacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd İqtisadiyyat Nazirliyinin əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı və peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasıdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı