Ukraynanın bu şirkətləri Azərbaycana maraq göstərir

Ukraynanın “Divali Group” və “Lauffer Foods” şirkətləri Azərbaycanda əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, şirkətlər öz kommersiya təkliflərini ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamlarının diqqətinə çatdırır. Xüsusilə “Divali Group” Ukraynanın ekoloji təmiz patentli mədən və üzvi-mədən gübrələrinin böyük istehsalçısı olan “Oriy” MMC şirkətinin rəsmi distribüteridir. “Lauffer Foods” isə qida məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Kommersiya təklifləri ilə daha ətraflı maraqlananlar şirkətlərin rəsmi səhifələrində tanış ola bilər və ya

aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər.

“Divali group”
Tel: +38050 3802337
Email: divaligroup@gmail.com

“Lauffer Foods”
Tel: +38066 7762718
Email: kachinskiy@cns.net.ua

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır