Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar aksiya keçirilib

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçirilən 2 günlük aksiya çərçivəsində istehlakçılara ödənişsiz hüquqi yardım göstərilib.

15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə istehlakçılara ödənişsiz hüquqi yardım göstərilib.

İki gün davam edən aksiya ölkənin dörd şəhərində – Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində təşkil edilib. Dövlət Xidməti və Vəkillər Kollegiyasının nümayəndələri istehlakçıların şikayət və təkliflərini dinləyib, onlara müvafiq izahat və tövsiyələr verilib. Vətəndaşlara həmçinin istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib, bu hüquqlarının təmin edilməsində Dövlət Xidmətinin, məhkəmələrin və mərkəzi icra hakimiyyəti orqanlarının rolu izah olunub.

Qeyd edək ki, Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı