Home » Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

Konfransda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər, bu sahədə mərkəzi icra hakimiyyəti orqanları, məhkəmələr, hüquqi yardım və mediasiya təşkilatlarının rolu vurğulanıb.

  • Mülki Məcəllədə və istehlakçı hüquqlarının müdafiəsini tənzimləyən bir neçə qanunvericilik aktlarında dəyişiklik layihələri hazırlanıb
  • 2022-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 4400-dən çox müraciət daxil olub
  • Ötən il istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyalarının rəhbərləri, vəkillər və mediatorlar iştirak ediblər.

Konfransda qeyd edilib ki, ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə qoyulub, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilib.

Konfransda iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi önəmi və bununla bağlı sistemli yanaşmanın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycanda son illərdə yaradılmış güclü iqtisadi potensial, aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər istiqamətlərdə həyata keçirilən kompleks tədbirlər ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etməklə sahibkar-istehlakçı və istehlakçılara xidmət göstərən dövlət qurumları və istehlakçı münasibətlərinin inkişafına müsbət təsir edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, 2022-ci ildə Dövlət Xidmətinə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 4436 müraciət daxil olub. Təmin edilmiş müraciətlər əsasında qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib.

İstehlakçı hüquqlarının daha səmərəli şəkildə qorunması məqsədilə Dövlət Xidməti ilə bir sıra qurumlar – Mərkəzi Bank, Ədliyyə Akademiyası, Vəkillər Kollegiyası, Mediasiya Şurası arasında əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb. Bundan başqa, sahibkarlar arasında da müntəzəm olaraq maarifləndirmə işlərinin aparıldığı, görüşlərin keçirildiyi qeyd olunub. Bildirilib ki, maarifləndirmə tədbirləri ilə yanaşı, hazırda istehlakçı hüquqları sahəsində qanunvericilik aktlarının da təkmilləşdirilməsi istiqamətində işlər görülür. Belə ki, istehlakçı hüquqları sahəsində sahibkarların rolunun artırılması, istehlakçı məmnuniyyəti standartlarının korporativ idarəetmədə daha geniş tətbiqi, mövcud qanunvericilik aktlarında ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda, Mülki Məcəllədə və istehlakçı hüquqlarının müdafiəsini tənzimləyən bir neçə qanunvericilik aktlarında dəyişiklik layihələri hazırlanıb və tezliklə aidiyyəti üzrə təqdim olunması planlaşdırılır.

Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev və Mediasiya Şurasının sədri Nadir Adilov istehlakçı hüquqlarının təmin olunması istiqamətində görülən işlər barədə məlumat veriblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.