Ümumdünya İxrac İnkişaf Forumu keçiriləcək

Şri-Lankanın paytaxtı Kolombo şəhərində 11-13 oktyabr 2016-cı il tarixində 16-cı Ümumdünya İxracın İnkişaf Forumu (WEDF) keçiriləcək.
Forum “Uğur naminə ticarət: birləşdir, tamamla, dəyiş” mövzusu altında təşkil olunacaq, ticarətin təkan verdiyi davamlı inkişaf istiqamətində praktiki yanaşmaların müəyyən və müzakirə edilməsi məqsədilə dünyanın 600-dən çox biznes təmsilçisini bir araya gətirəcək. Tədbir zamanı plenar sessiyalar, seminarlar, Şri Lanka şirkətlərinin kiçik miqyaslı sərgiləri və işgüzar (B2B) görüşlərin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır