Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Mərkəzi Bank maliyyə savadlılığı tədbirlərini davam etdirir - BBN

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Mərkəzi Bank maliyyə savadlılığı tədbirlərini davam etdirir

“Heydər Əliyev İli” – nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən Qərbi Kaspi Universitetində 110 nəfərə yaxın tələbə və müəllim heyəti üçün “Pul siyasəti və onun əməliyyat çərçivəsi” mövzusunda seminar təşkil olunmuşdur.

Seminar iştirakçılarına həmçinin Mərkəzi Bankın elektron resursları, o cümlədən Maliyyə savadlılığı portalı (bizimpullar.az), Virtual təhsil platforması (edu.e-cbar.az) və Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminə (infobank.az) dair ətraflı məlumat təqdim edilmişdir.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzular ətrafında müzakirələr aparılmışdır.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən maliyyə savadlılığı mövzuları üzrə müxtəlif hədəf qrupları üçün ənənəvi və onlayn seminarların təşkili davam etdirilir.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı