Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Mərkəzi Bank tərəfindən 15 aprel 2023-cü il tarixində növbəti ağacəkmə tədbiri keçirilmişdir.

Mərkəzi Bankın əməkdaşları övladları ilə birgə Müşfiqabad qəsəbəsində yerləşən ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 200 ədəd Eldar şamı və zeytun ağacı əkmişlər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağac əkiləcəkdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı