“Unibank” aşağı faizlə ipoteka krediti təklif edir

“Unibank” 150.000 manatadək ipoteka kreditini aşağı faizlə təklif edir. Belə ki, noyabrın 30-dək “Unibank”dan ipoteka krediti götürən hər kəs, dövlət ipoteka kreditlərini illik cəmi 7%-lə əldə edəcək. Aylıq ödənişi daha sərfəli edən bu kampaniya çərçivəsində 150.000 manatadək ipoteka kreditlərini daha aşağı faizlə və 20% ilkin ödənişlə əldə etmək mümkündür.

Qeyd edək ki, “Unibank”ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında  həyata keçirə bilərlər. Bunun üçün öz smartfonlarından “Unibank Mobile” əlavəsinə daxil olaraq,  “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır