Unibank Bakıda keçiriləcək paracüdo üzrə Dünya Çempionatının dəstəkçisidir

Unibank noyabrın 8-10-da Bakıda keçiriləсək paracüdo üzrə Dünya Çempionatının əsas tərəfdaşlarından biridir. Ölkəmizdə ilk dəfə keçirilən paracüdo idman növü üzrə dünya çempionatında 45 ölkədən 250 idmançının iştirakı gözlənilir. Bu beynəlxalq tədbir “Paris 2024” XVII Yay Paralimpiya Oyunlarına ən çox reytinq xalları qazandıran yarışlardandır və bu səbəbdən çempionata maraq çox böyükdür.

Unibank 2018-ci ildən bu yana Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq edir. Bank Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza ataraq, 4 il ərzində Güllə atıcılığı üzrə milli paralimpiya komandasının əsas dəstəkçisi olub. Bu müddət ərzində Bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı kimi komandanın inkişafına dəstək verib. Bundan başqa Unibank paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2021” tədbirinin də əsas tərəfdaşlarından biri olub.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. 30 illik fəaliyyəti dövründə Bank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 

Unibank-Sənin Bankın!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı