“Unibank” biznes sahibləri üçün yeni xidmət təklif edir

Rəqəmsal bankçılıqda davamlı  ilklərə imza atan Unibank,  biznes sahibləri üçün daha bir xidmət istifadəyə verib. İndi biznes sahibləri istədikləri vaxt banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilərlər.

Bu yeni xidmət sahibkarlara müxtəlif imkanlar yaradır. Bu imkanlar aşağıdakılardır:

  • Həftənin bütün günləri, cəmi bir neçə dəqiqə ərzində minimal məlumatlar daxil etməklə,  3 dildə Aktivasiya hesabı açmaq imkanı verir;
  • Bronlaşdırılmış hesab 10 iş təqvim günü ərzində aktiv olur. Alınmış hesab nömrəsini siz kontragentlərə təqdim edə və sənədlərdə göstərə bilərsiniz. Bron etdiyiniz hesabı sonrakı mərhələdə də istifadə etmək üçün tələb olunan sənədlər paketini 10 gün müddətində Unibank-ın istənilən filialına təqdim etməlisiniz.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır